525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hindistan polisi Kerala ştatının cənubunda, meşəlik ərazidə yerləşən mağarada yaşayan rusiyalı qadını tapıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, sorğu zamanı 40 yaşlı Nina Kutina bir neçə il əvvəl işçi vizası ilə ölkəyə gəldiyi məlum olub.
Qokarna şəhərində induizm ilə maraqlanan rusiyalı 2 övladı ilə meşədə yaşamağa qərar verib. Uzun müddət təbii mağarada məskunlaşan ailə meyvə və ov məhsulları ilə qidalanıb.
Qeyd edək ki, araşdırma zamanı qadının vizasının 2017-ci ildə bitdiyi aydın olub. Polisin verdiyi məlumata görə ailə Banqalor şəhərinə göndərilib və bir müddət sonra Rusiyaya deportasiya ediləcək.
L.Tağıyeva