2 yaşlı dahi uşaq Mensaya qəbul edildi

09.06.2025

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

2 yaşlı Harris-Birtill, yüksək zəka səviyyəsi ilə Mensa-ya qəbul edildi

Britaniyalı Joseph Harris-Birtill, dünyanın ən yüksək zəka səviyyəsinə malik fərdlərinin bir araya gəldiyi Mensa təşkilatına 2 yaş 182 günlük ikən qəbul edilərək təşkilat tarixində ən uşaq üzv adına layiq görüldü.

Rose və David Harris-Birtill, oğullarının qeyri-adi idrak inkişafını hiss etdikdən sonra Mensanın Böyük Britaniya şöbəsinə müraciət edərək dəstək istədiklərini bildiriblər.


Joseph Harris-Birtillin anası Rose, Guinness Rekordlar Kitabına verdiyi müsahibədə, “Joseph beş həftəliyində dönməyə başladı, yeddi aylığında ilk sözünü dedi. 21 aylığında ilk kitabını başdan sona səsli oxuya bildi,” – deyə qeyd edib.

Mensa yalnız IQ testi nəticəsində ən yüksək 2%-lik dilimə daxil olan və ya bunu sübut edən şəxsləri qəbul edir. Joseph-in 2 yaşında olarkən beş dildə ona qədər saya bildiyi, 100-dən çox ədədi irəli və geri saya bildiyi, həmçinin fasiləsiz 10 dəqiqəlik səsli oxuma etdiyi qeyd olunub. 

Rose Harris-Birtill bildirib: 

“Mensanın istedadlı uşaqlara dəstək verdiyini görəndə müraciət etdim. Bu uğurun gələcəkdə onun üçün qürurverici olacağına ümid edirəm.”


Hər 5-10 milyon doğumdan bir rast gəlinən nadir hal

Mütəxəssislərə görə, əsl uşaq dahilər təxminən hər 5-10 milyon doğumdan bir rast gəlinən nadir hallardan hesab olunur. Joseph-in sahib olduğu potensial həm genetik, həm də mühit faktorlarının birgə təsiri ilə izah edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью