2 yaşlı qız pilləkəndən yıxılaraq ÖLDÜ

10.12.2024

Icma.az, Sfera.az saytına istinadən bildirir.

Tovuzda 2 yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb. 

Sfera.az  xəbər verir ki, hadisə ötən gün saat 07 radələrində Düz Cırdaxan kəndində baş verib. 

Belə ki, kənd sakini 2022-ci il təvəllüdlü Zəhra Etibar qızı Musayeva yaşadığı evdə pilləkəndən yıxılıb.

Azyaşlı xəstəxanaya aparılarkən ölüb. 

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью