2 yaşlı qız piranilərin qurbanı oldu

25.12.2025

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Braziliyada 2 yaşlı qız piranilərin hücumuna məruz qalıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bədbəxt hadisə Amazonas ştatında, Koari şəhəri yaxınlığında baş verib.

Çayda üzən konstruksiya üzərində tikilmiş evdə yaşayan Klara adlı qız ehtiyatsızlıqdan suya düşüb. Valideynləri bundan təxmini 5 dəqiqə sonra xəbər tutublar. Qızın axtarışı nəticəsiz qalmayıb. Amma 5 dəqiqə ərzində piranilərin hücumuna məruz qalmış qızcığaz qanitirmədən dünyasını dəyişib. Yerli polis araşdırma aparır. Güman ki, valideynlər səhlənkarlıq etdikləri üçün müəyyən cəza alacaqlar.

Qeyd edək ki, 2023-cü ildən bu yana Braziliyada 8 nəfər bu vəhşi balıqların üzündən dünyasını dəyişib. 

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью