2 yaşlı uşaq 1 yaşlı əmisi oğlunu traktorla əzib öldürdü

09.05.2025

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyədə 2 yaşlı uşaq 1 yaşlı əmisi oğlunu traktorla əzib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Şanlıurfanın Birecik qəsəbəsində baş verib.

2 yaşlı M.C.G. üzərinə dırmaşıb oynadığı traktoru anidən hərəkətə gətirib. Nəticədə ağır nəqliyyat vasitəsi qarşıda oynayan 1 yaşlı M.E.G.-ni əzib. Körpə ağır xəsarətlərlə xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью