2 yeniyetmə boğularaq öldü

04.09.2025

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Masallı rayonunun Sirəbil kəndində bədbəxt hadisə baş verib.

Milli.Az xəbər verir ki, 2008-ci il təvəllüdlü Nəhmətov Ziyafət Şaiq oğlu atdan olarkən ehtiyatsızlıqdan su hövzəsinə yıxılıb.

Köməksiz qalan Z.Nəhmətov boğularaq ölüb.

Biləsuvarın Nərimankənd kəndində isə onun həmyaşıdı Quluzadə İqbal İlqar oğlu körpüdən keçərkən çaya yıxılaraq boğulub.

Hər iki ölüm faktı ilə bağlı araşdırma aparılır.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью