2 yerlinin müəmması

23.05.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan çempionu “Sabah” bombardiri (19 qol) Mikelsi saxlamaq eçün “baş sındırdığı” vaxt daha 2 yerli futbolçunun klubdakı taleyi müəmmaya düşüb.

Futbolpress.az”ın əldə etdiyi məlumata görə, sağ cinah müdafiəçisi Amin Seydiyevlə “Neftçi” və “Zirə” maraqlanır. Vinger mövqeyində çıxış edən Tellur Mütəllimovla isə əsas heyətdə az şans qazanmağına görə yolların ayrılması ehtimalı artıb.

Klubdan redaksiyamız verilən məlumata görə hər iki futbolçu ilə danışıqlar gedir.

“Sabah”ın hər iki yerli oyunçunu sıralarında saxlamaqda maraqlı olduğu bildirilir. Baş məşqçi Valdas Dambrauskasın avrokubok çıxışlarında onlara ölkə çempionatındakına nisbətən daha çox şans verəcəyi ehtimalı azdır. Bundan başqa, futbolçuların, xüsusən Mütəllimovun daha çox oynamaq istəyində olduğu haqda xəbərlər var.

Bu və aidiyyatı digər ehtimallar futbolçuların “bayquşlar”ı tərk edəcəyi ehtimalını artırır.

Seydiyev 2020, Mütəllimov isə 2022-ci ildən “Sabah”da çıxış edir.

Kamil Əhməd

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью