20 ədədi qara magiyanın rəmzidir | Icma.az
Icma.az bildirir, Hurriyyet portalına istinadən. İlin 20-ci gününə sözardı İlin 20-ci günü olmasını nəzərə alıb, 20 ədədinin hikmətlərinə nə
Quranın 20-ci surəsi Musa Peyğəmbərin həyatından bəhs etdiyindən, biz də 20 ədədini elə bu həzrətin həyatı fonunda şərh edəcəyik. ...
Elə ki, Musa Peyğəmbər səkkiz il çobanlıq müddətini tamamladı, əlavə də iki il artıq işlədi ki, qaynatası Şüeyb Peyğəmbər razı qalsın.
Daha sonra Allahdan qəbul etdiyi vəhy üzrə həyat yoldaşını da götürüb, yenidən Misirə (Fironu haqqa dəvət etmək üçün) üz tutdu.
Ayrılarkən Şüeyb Peyğəmbər ona Adəm Peyğəmbərdən miras qalmış əsanı bağışladı; hansı ki, həmin əsa bütün peyğəmbərlərin əlindən keçərək vərəsəlik yolu ilə Şüeybə çatmışdı (o da Allahın əmri ilə Musa əleyhissəlama bağışladı).
...Musa Fironun sarayına daxil olaraq, Allah tərəfindən göndərilmiş elçi olduğunu bildirdi və ondan Allahlıq iddiasından əl çəkməyi, zülmə son qoymağı tələb etdi.
Əks halda ona Allahdan bəla gələcəyini xəbər verdi. Firon cavab verdi ki, sən mənim sarayımda böyümədinmi?
Sonra da bir qibtini öldürüb qaçdın; indi də peyğəmbərlik iddiasına düşmüsən? Belə dedikdən sonra Firon onu öldürtmək istədi.
Tam oxu
Xəbəri oxu