2:0, gülən üzlər və 8 xallıq fərq… Şəkillər

22.12.2024

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında 18-ci tura yekun vurulub.

QOL.az xəbər verir ki, turun son oyununda lider “Qarabağ” ən yaxın izləyicisi “Araz Naxçıvan”ı qəbul edib və 2:0 hesablı qələbə qazanıb. Bu qələbə sayəsində Ağdam klubu ilə ikinci yerdəki “Araz Naxçıvan” arasında 8 xallıq böyük fərq yaranıb.

Hazırda “Qarabağ”ın 18 oyundan 47, “Araz Naxçıvan”ın isə 39 xalı var.

Misli Premyer Liqasında növbəti - 19-cu tur 2025-ci ilin yanvarın 17-də başlanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью