20 gündə 6 CAN “Səssiz ölüm” yenə GÜNDƏMDƏ

06.12.2025

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 15-dən etibarən istilik mövsümünə başlanılıb. Artıq 20 gündə dəm qazından 6 nəfər boğularaq həyatını itirib.  
Bizim.Media bu dövrdə dəm qazından boğulanların siyahısını təqdim edir:
18 noyabr Şamaxının Nazim Hikmət küçəsi, ev 5 ünvanında yaşayan sakini Hümbətov Emil Eyvaz oğlu dəm qazından zəhərlənərək ölüb.
1 dekabr Samuxda ər və arvad dəm qazından boğularaq ölüb. Hadisə rayonun Hacılı kədində qeydə alınıb. 1957-ci il təvəllüdlü Tanrıverdi Musayev və 1957-ci il təvəllüdlü həyat yoldaşı Maya Musayeva dəm qazınınn qurbanı olublar.
1 dekabr Xaçmaz rayonunun Müşkür kəndində 52 yaşlı Gülxanım Gülməmməd qızı Adamova yaşadığı evin hamamında dəm qazından boğulub.
 

3 dekabr Bakıda 2007-ci il təvəllüdlü Leyli Yusif qızı Məmmədova yaşadığı Nəsimi rayonu Dağıstan küçəsində hamam otağında dəm qazından zəhərlənərək ölüb.


4 dekabrda isə bənzər faciə Mingəçevir şəhərində yaşanıb. 1962-ci il təvəllüdlü Əntiqə İsmayılova şəhərin Əkinçi küçəsində yaşadığı evdə dəm qazından boğularaq həyatını itirib.
Naibə Məmmədova, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью