20 günlük körpə faciəvi şəkildə öldü

16.11.2024

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Neftçala rayonunda 20 günlük körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. 

News24.az Publika.az-a istinadən xəbər verir ki, hadisə Neftçala şəhəri M.Əsədov küçəsi ev 4 A ünvanında yerləşən binadakı mənzillərdən birində baş verib.

20 günlük Məsumə Elmin qızı Müzəffərova yaşadığı evdə nəfəs çatışmazlığından ölüb. Onun hansı şəraitdə boğulması hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью