20 hərbçinin həlak olduğu təyyarə qəzasından bir il ötür

11.11.2026

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi nəqliyyat təyyarəsinin Gürcüstanda qəzaya uğramasından bir il keçir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, faciə 2025-ci il noyabrın 11-də baş verib. Azərbaycanın Gəncə şəhərindən Türkiyəyə qayıdan təyyarə Gürcüstan ərazisində, Azərbaycan sərhədinə yaxın ərazidə qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan 20 hərbi qulluqçunun hamısı həyatını itirib.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına əsasən, C-130 təyyarəsi 8 Noyabr - Zəfər Günü tədbirləri çərçivəsində Azərbaycanda uçuşlar həyata keçirən F-16 qırıcılarının texniki heyətini və avadanlıqlarını Türkiyəyə aparırmış. Təyyarədə 10 nəfərlik texniki xidmət heyəti olub.

Kayseridən Gəncəyə gələn C-130E tipli hərbi təyyarə buradan Türkiyənin Merzifon şəhərində yerləşən 5-ci Əsas Reaktiv Təyyarə Bazasına istiqamət alıb. Uçuş zamanı Tbilisi Hava Hərəkətini İdarəetmə Mərkəzi ilə sonuncu əlaqədən sonra təyyarə ilə radio və radar bağlantısı kəsilib.

Qəza baş verdikdən sonra Türkiyə, Azərbaycan və Gürcüstanın aidiyyəti qurumları birgə axtarış-xilasetmə əməliyyatları həyata keçiriblər.

Faciə ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью