20 il Rusiyada gizlənmişdi, nəhayət TUTULDU VİDEO

01.06.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

20 il ərzində ədalətdən qaçaraq Rusiyada gizlənən Qazaxıstan vətəndaşı ekstradisiya edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.
 

O, 2006-cı ildə Pavlodar şəhərində quldurluq cinayəti törətməkdə və zərərçəkmiş şəxsin əmlakını ələ keçirməkdə şübhəli bilinir.


Hadisənin digər iştirakçıları artıq mühakimə olunaraq cəzalandırılıblar.
Uzun sürən axtarışlardan sonra şübhəli şəxs 2025-ci ilin sentyabrında Rusiyanın Novosibirsk vilayətində saxlanılıb. Hazırda Qazaxıstana təhvil verilən şəxsi 10 ilə qədər həbs cəzası gözləyir.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью