Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin "Star" telekanalının iddialı seriallarından olan "Kral Kaybederse"nin heyətinə daha bir məşhur qatılıb.
"Cebheinfo.az" xəbər verir ki, Ayten Uncuoğlu da ekran işində rol alacaq.
O, 10-cu bölümdə qonaq olacağı layihədə "Mukadder" obrazına həyat verəcək. Beləliklə, Halite Ergenç və Ayten Uncuoğlu 20 il sonra yenidən birlikdə çəkiləcəklər. Sənətçilər 2004-2006-cı illərdə yayımlanan unudulmaz "Aliye" serialında çəkilmişdilər. Sözügedən ekran işində Halit Ergenç "Sinan", Ayten Uncuoğlu isə onun qayınanası "İkbal" obrazını canlandırırdı.
Elmir Mustafa
"Cebheinfo.az"