Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İtaliyada 20 il ərzində turistlərə “qədim Roma amfiteatrı” kimi təqdim edilən tarixi abidənin əslində saxta olduğu üzə çıxıb.
Hadisə Viçentsa əyalətində baş verib. Yerli sakin Franko Malosso iddia edirdi ki, “Berik dəniz amfiteatrı” adlandırılan tikili 2005-ci ildə torpaq sürüşməsindən sonra aşkar edilib. O, turistlər üçün hər nəfərdən 40 avro olmaqla ekskursiyalar təşkil edir və bu yolla gəlir əldə edirdi. Saxta abidə hətta Avropa İttifaqının maliyyələşdirdiyi rəsmi turizm bələdçisinə və mobil tətbiqinə də daxil edilmişdi.
Lakin tarixçilər amfiteatrın eramızın IV-V əsrlərində tikildiyi halda, Yuli Sezarın ondan 400 il əvvəl yaşadığını göstərən ziddiyyəti aşkar ediblər.
Polisin araşdırması zamanı peyk görüntüləri və arxeoloji ekspertizalar müəyyən edib ki, “qədim abidə”ni əslində Malosso özü 2000-ci illərin əvvəlində inşa edib. O, təpələrdən birini hamarlayaraq suvaqlı bloklar, şüşəlif və kağız kütləsindən istifadə etməklə süni “antik” tikili yaradıb.
2016-cı ildən davam edən məhkəmə prosesi nəticəsində sahibkar qanunsuz tikinti və sənət əsərlərinin saxtalaşdırılması ittihamı ilə 28 ay azadlıqdan məhrum edilib. Bundan əlavə, o, 3 min avro cərimə ödəməlidir.
Bununla yanaşı, yerli hakimiyyət Malossodan dövlətə vurduğu ziyana görə 560 min avro məbləğində kompensasiya da tələb edir.