20 ildir psixiatrik müalicə alır

09.07.2026

Icma.az bildirir, Axsham.az portalına istinadən.

"Kızılcık Şerbeti" serialında rol alan aktyor Ahmet Mümtaz Taylan şəxsi həyatı ilə bağlı diqqətçəkən etiraflar edib.

Axşam.az xəbər verir ki, sənətçi aktrisa Ceren Benderlioğlunun "Dile Kolay" yutub proqramında 20 ildir psixiatrik müalicə aldığını bildirib:

"20 ildir müntəzəm olaraq psixiatrik dəstək alıram. Yaşadıqlarım nümunə götürüləcək bir üsul deyil. Həyatımın bəzi dönəmlərində depressiya ilə təkbaşına mübarizə aparmağa çalışmışam, lakin bunun səhv olduğunu anladım".

Aktyor həmçinin qeyd edib ki, psixoloji problemlərlə qarşılaşan hər kəs utanmadan və vaxt itirmədən mütəxəssisə müraciət etməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью