20 manat ödədi: Yango KFC dən iylənmiş toyuq gətirdi

04.03.2025

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vətəndaş Arzu Kərimli KFC və Yango Food-dan şikayətçidir. AzPost xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında məlumat verib. Bildirir ki, martın 3-ü, saat 13:55 radələrində Tibb Universitetinin yaxınlığında yerləşən KFC filialından Yango vasitəsilə yemək sifariş verib. Müştəriyə yanmış və qurumuş toyuq əti göndərilib. Eyni zamanda şikayətçi ətdən pis qoxu gəldiyini də vurğulayıb.

Müştəri 21 manat ödədiyi yeməyi məcbur olub zibil qabına atıb. Yeməyi sifariş verdiyi Yango şirkətinə şikayətini bildirib. Şirkətdən isə yalnız üzr istəyərək növbəti müştəridə bunu nəzərə alacaqlarını qeyd ediblər.

“Anlamıram biz növbəti müştərilərin məmnuniyyəti üçün və kiminsə səriştəsizliyi ucbatından, həm ödəniş edib, həm də ac qalmalıyıq?”- deyə o şikayətində bildirib.

Qeyd edək ki, KFC şirkəti qidanın hazırlanması və keyfiyyətinə, daşıma şirkəti olan YangoFood isə müştəriyə təhvil verilən məhsulun bütün parametrlərinə cavabdehlik daşıyır.

“TikTok”da izləyin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью