20 min insan bir anda ölkəsini tərk etdi SƏBƏB

19.08.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Rusiya ilə Gürcüstan arasındakı “Yuxarı Lars” avtomobil keçid məntəqəsində son illərin ən yüksək hərəkətlilik göstəricilərindən biri qeydə alınıb.

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, son 24 saat ərzində keçid məntəqəsindən təxminən 20 min nəfər keçib.

Sərhəddə yaranan sıxlıq səbəbindən gözləmə müddətinin 2,5 saata qədər artdığı bildirilir. Yüksək sərnişin və nəqliyyat axını fonunda Rusiya tərəfinin gömrük və sərhəd xidmətləri gücləndirilmiş rejimdə fəaliyyətə keçib.

Keçid məntəqəsində növbələrin daha sürətli idarə olunması və buraxılış qabiliyyətinin artırılması üçün əlavə əməkdaşlar cəlb edilib, növbələr gücləndirilib.

Məlumata görə, sərhəddə bu səviyyədə hərəkətlilik son bir neçə ildə müşahidə olunmayıb.

“Yuxarı Lars” Rusiya ilə Gürcüstan arasında avtomobil əlaqəsinin əsas marşrutlarından biridir. Keçid məntəqəsi xüsusilə yay aylarında və turizm mövsümündə yüksək sərnişin və avtomobil axını ilə üzləşir. Ajiotajın sentyabrda Rusiya Dumasına seçkilərdən sonra səfərbərlik elan edilməsi ilə bağlı olduğu iddia edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью