20 mini Starlink peyki orbitə

24.11.2024

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Raket Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasında Launch Pad SLC-4E-dən ABŞ Sakit Okean vaxtı ilə şənbə günü saat 21:25-də buraxılıb. Təxminən bir saat sonra peyklər, daşıyıcının ikinci pilləsindən ayrılaraq orbitə daxil olublar.
Təkrar istifadə edilə bilən bir daşıyıcı olaraq 15-ci dəfə buraxılan raket Of Course I Still Love You adlı pilotsuz uçan platformada Sakit Okeanda şaquli eniş edib.
2019-cu ilin mayından bəri SpaceX Starlink layihəsi çərçivəsində 7,3 minə yaxın peyk buraxıb. Onlardan bəziləri uğursuz olub və ya orbiti tərk edib. Hazırda orbitdə 6,7 minə yaxın peyk fəaliyyət göstərir.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью