20 ölkənin alimləri Bakıda bir araya gəldi

29.06.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

"Türk dünyasının müxtəlif guşələrini təmsil edən 20 ölkədən nüfuzlu alimlərin, elm və mədəniyyət nümayəndələrinin Bakıda bir araya gəlməsi xüsusi əhəmiyyət daşıyır".

Bakıvaxtı.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin açılış mərasimində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, tədbir türk dünyası arasında elmi əlaqələrin möhkəmlənməsinə, yeni əməkdaşlıqların qurulmasına və ortaq layihələrin həyata keçirilməsinə töhfə verəcək. Adil Kərimli əlavə edib ki, tədbir çərçivəsində iştirakçılar tarixi İsmailiyyə binasını, eləcə də Qarabağ və Şuşanı ziyarət edəcəklər.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью