20 ölkəyə 17 milyon ton neft | Icma.az
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan dünyanın 20 ölkəsinə, ümumilikdə, 8 milyard 938 milyon 864,59 min ABŞ dolları dəyərində 16 milyon 996 min 208,46 ton neft ixrac edib.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Komitənin hesabatına əsasən, bu ilin 9 ayında İtaliyaya 4 milyard 992 milyon 915,19 min doll
Bununla da İtaliya əvvəlki dövrlərdə olduğu kimi, Azərbaycanın ümumi neft ixracında yenə də birinci olub.
Ölkəmizin neft ixracında ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 70 milyon 374 min dollar dəyərində 1 milyon 307 min 899,
Siyahıda ilk üçlüyü isə Xorvatiya tamamlayıb. Belə ki, 9 ayda bu ölkəyə 537 milyon 768,29 min dollarlıq 998 min 469,46 ton neft göndərilib.
Bununla yanaşı, Almaniya, Rumıniya, Portuqaliya, Böyük Britaniya, Yunanıstan, İrlandiya, Niderland və digər ölkələr də Azərbaycan neftinin əsas idxalçıları sırasında yer alıblar.
Gömrük Komitəsinin hesabatında qeyd olunan göstəricilərdə yanvar-sentyabr aylarında gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb.
Tam oxu
Xəbəri oxu