20 şagird bir avtobusda HƏLAK OLDU

17.07.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Uqandada baş verən avtobus qəzasında 20 uşaq və bir yetkinin həlak olub.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

"Dünən axşam Kapçorua rayonunun Çekvati kəndində Ndejjedəki King David İbtidai Məktəbinin şagirdlərini daşıyan məktəb avtobusu qəzaya uğrayıb",- deyə polisin sosial media hesabında yazılıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, bir neçə uşaq və üç yetkin yaralanıb. Xəsarət alanlar xəstəxanalara aparılıb.

Polis bildirib ki, avtobus paytaxt Kampaladan Uqandanın şərqindəki Sipi şəlaləsinə ekskursiyaya gedən məktəbliləri daşıyırdı. İlkin araşdırmalara görə, sürücü geri dönüş zamanı idarəetməni itirib, daha sonra avtobus yoldan çıxaraq qayaya çırpılıb və aşıb.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью