20 və 25 yaşlı gənclər dəm qazından öldülər | Icma.az
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Bakıda daha iki nəfər dəm qazından ölüb.
“Qafqazinfo” xəbər verir ki, 2001-ci il təvəllüdlü Əhmədəli Əhmədzadənin meyiti dünən saat 21 radələrində yaşadığı Yasamal rayonu Mirzə Cabbar Məmmədzadə küçəsindəki evdə tapılıb.
Onun hamam otağında dəm qazından zəhərlənərək öldüyü müəyyənləşib. Oxşar hadisə Binəqədi rayonunda da baş verib.
2006-cı il təvəllüdlü Fərəc Nazim oğlu Rzayev dünən yaşadığı Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsindəki evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu