Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır. "20 Yanvar faciəsindən 36 il ötür.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan xalqımıza qarşı misli görünməmiş qətliam törədib.
Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub".
BAKU.WS xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, 20 Yanvar hadisələri nəticəsində sovet imperiyası Azərbaycanda özünün bütün dayaqlarını itirdi: "Baş vermiş hadisələr həm də dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu.
Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.
Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.
Bütövlükdə, 20 Yanvar hadisələri xalqımızın qəhrəmanlıq salnaməsi hesab olunur.