Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. "20 Yanvar Azərbaycanın müstəqillik mübarizəsinin zirvə nöqtəsidir.
Mən bu günü təkcə matəm günü kimi yox, eyni zamanda qürur günü kimi xatırlamağın tərəfdarıyam".
Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib. Onun sözlərinə görə, 8 Noyabr Zəfər Gününü qeyd edərkən də minlərlə şəhidimizin old
Biz ümumiyyətlə bu ağlaşma sindromundan çıxmalıyıq. Xalqlar günlərlə oturub ağlamaqla deyil, mübarizə aparmaqla tarix yazırlar.
Matəm günləri azalmalı, zəfər və mübarizə günləri çoxalmalıdır. 20 Yanvar da məhz belə bir gündür.
Bu günün təkcə mənəvi yox, eyni zamanda çox ciddi siyasi anlamı var. 20 Yanvar Azərbaycanın de-fakto müstəqilliyinin bərpa olunduğu gündür.
Faktiki olaraq Azərbaycan həmin gün SSRİ-dən çıxdı. İnsanlar küçələrdə sovet pasportlarını yandırır, ziyalıdan tutmuş sadə vətəndaşa qədər K
Azərbaycan xalqı anladı ki, SSRİ onun vətəni deyil, Moskva onun paytaxtı deyil. Onların vətəni Azərbaycandır, paytaxtı isə Bakı.