“20 Yanvar” dairəsində dayanma qaydası dəyişdi: Sürücülər bunu bilməlidir

26.10.2026

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“20 Yanvar” dairəsində, Sumqayıt, Xırdalan, Masazır istiqamətindən gələn avtomobillər və taksilər üçün minib-düşmə yeri yaradılıb. Bu barədə nəqliyyat məsələləri üzrə ekspert Rüfət Əmiraslanov məlumat verib. Ekspert bildirib ki, Sumqayıtdan Bakı istiqamətində hərəkət edən avtomobillərin sürücüləri sərnişinləri rahat mindirib-düşürə biləcəklər:

- Bu yol avtobus zolağı olsa da, taksilərə dayanmağa və sərnişinləri mindirib-düşərməyə icazə verilir artıq. Həmin yer “ADSEA” binasının, keçmiş “Azərsu”nun yerləşdiyi küçədədir. Avtobus zolağı olsa da, Sumqayı istiqamətindən gələn avtomobillər, taksilər buradakı qırıq xəttə daxil olub “Minmə-düşmə” nişanını təsir zonasında sərnişinləri mindirib düşürə bilər. Buna icazə var. Amma uzun müddətli dayanma, parklama qadağandır. Bunu nəzərə alsın sürücülər. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью