20 Yanvar faciəsi Azərbaycan tarixinə həkk olunub | Icma.az
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Ötən əsrin 90-cı illərdə Azərbaycanın tarixində təəssüf ki, bir çox faciələr, qanlı hadisələr, tariximizdə yer aldı.
Bu hadisələrdən biri də ölkəmizdə, tariximizdə dönüş nöqtəsi yaradan Qanlı Yanvar faciəsidir.
1990-cı il 20 Yanvar Azərbaycan xalqının ən qanlı hadisə, faciə, soyqırımı kimi tariximizə həkk olundu.
Lakin, bu faciə nə qədər qanlı soyqırım olsa da, bir o qədər də özündə müstəqillik və azadlıq uğrunda mübarizə, hünər və qəhrəmanlıq, milli oyanış və özünüdərk kimi də qürurlu tariximiz oldu.
Qan yaddaşımızda böyük faciə və qəhrəmanlıq, milli kimlik, milli ruh oyanışı olan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün oldu.Belə ki, 1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı qoşunları qanunsuz olaraq Mixail Qorbaçovun göstərişi ilə Bakı şəhərinə daxil olmuş, nəticədə Bakı şəhərində, bir çox rayonlarda qanlı hadisələr törətmişdi.Həmin dövrdə bir çox mühüm hadisələr baş vermişdi.
Azərbaycan artıq Sovet İttifaqı tərkibindən çıxmaq və müstəqil olmaq istəyirdi.
Eyni zamanda burada Ermənilərin Qarabağ iddiası da özünü göstərməyə başladı.
Tam oxu
Xəbəri oxu