20 Yanvar faciəsi qurbanları Belçikada anılıb | Icma.az
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Belçikanın paytaxtı Brüsseldəki Azərbaycan Evində 20 Yanvar faciəsinin 36-cı il dönümünə həsr olunan anım tədbiri keçirilib.
Tədbir Azərbaycanın Belçikadakı Səfirliyinin dəstəyi, Brüssel Azərbaycan Evinin və Belçikada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının birgə təşkilatçılığı ilə baş tutub.
XQ xəbər verir ki, əvvəlcə Vətənin azadlığı və suverenliyi uğrunda canından keçən igidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycanın Belçikadakı Səfirliyinin birinci katibi Emin Rüstəmov çıxış edərək 20 yanvar faciəsinin səbəbləri və nəticələri barədə ətraflı məlumat verib.
O, həm Azərbaycanda, həm də xaricdə yaşayan soydaşlarımızın 20 Yanvar şəhidlərinin əziz xatirəsini daim uca tutduğunu vurğulayıb.
Anım tədbirində Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, MADANİ platformasının rəhbəri Emin Əliyev, FireLand Azərbaycanlılar Birliyinin rəhbəri İlahə Tağıyeva və digər çıxışçılar 20 Yanvar – Ümumxalq Hüzn Gününün Azərbaycanın qəhrəmanlıq tarixinin əhəmiyyətli səhifələrindən biri olduğunu vurğulayıblar.
Onlar Belçikada böyüyən yeni nəsil azərbaycanlıların bu istiqamətdə maarifləndirilməsi üçün müxtəlif layihələrin gerçəkləşdirilməsinin labüdlüyünü diqqətə çatdırıblar.
Tam oxu
Xəbəri oxu