“20 Yanvar faciəsi terrorun bariz nümunəsi idi” Kamaləddin Qafarov | Icma.az
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq. “20 Yanvar faciəsi Sovet imperiyasının Azərbaycan xalqına qarşı əvvəlcədən planlaşdırılm
Bu fikri 20 Yanvar faciəsinin mahiyyəti ilə bağlı "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
O, vurğulayıb ki, bu qırğın təsadüfən baş verməmişdi. “Keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı açıq və qəti mövqe nümayi
Mixail Qorbaçovun birbaşa əmri ilə Bakıya yeridilən on minlərlə hərbçi ağır texnika, tanklar, zirehli maşınlar və avtomatik silahlarla dinc
Küçələrdə insanlar qətlə yetirildi, təcili yardım maşınları atəşə tutuldu, yaşayış məhəllələri mühasirəyə alındı.
Bu, hüququn, humanizmin və beynəlxalq normaların açıq şəkildə tapdanması idi və Sovet dövlətinin öz vətəndaşlarına qarşı həyata keçirdiyi dövlət terrorunun bariz nümunəsi kimi tarixə düşdü”.
Millət vəkili fikirlərini davam etdirərək keçmiş sovet ordusunun iri kontingenti tərəfindən Bakının zəbt olunmasının xüsusi qəddarlıqla müşayiət edildiyini bildirib: “Öz çirkin məqsədlərini yerinə yetirmək üçün 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdilər.
Azərbaycan xalqı yanvar ayının 19-dan 20-nə keçən gecə şiddətli hərbi təcavüzlə üzləşdi.
Tam oxu
Xəbəri oxu