Adelet.az saytına istinadən Icma.az xəbər verir. 36 il əvvəl baş verən yanvar hadisələri Azərbaycana qarşı törədilmiş hərbi və siyasi cinayə
Belə ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 26 min nəfərlik ordu uyğun ssenari üzrə beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və
Nəticədə 150 nəfər dinc sakin qətlə yetirildi, 744 nəfər yaralandı.
SSRİ-nin yüksək rütbəli hərbçilərinin Bakıda olması bu qanlı cinayət əməlinin əvvəlcədən planlaşdırıldığını təsdiqləyirdi.
Dinc əhaliyə qarşı törədilən qəddarlıq Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini boğmağa hesablanmışdı.
Amma bu məkrli plan baş tutmadı, əksinə baş verən faciə Azərbaycan xalqını vahid məqsəd ətrafında daha sıx birləşdirdi.
Mərkəzi hakimiyyət informasiya blokadası yaradaraq həqiqəti ört-basdır etməyə çalışsa da buna nail ola bilmədi.
Faciənin ertəsi günü, yanvarın 21-də məhz Umummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək, bu vəhşiliyi kəskin şəkildə pislədi, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdi.