20 Yanvar faciəsinə ilk qiyməti Moskvada Ümummilli lider Heydər Əliyev verib | Icma.az
Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda heç kəsin ağlına gəlməyən bir faciə törədildi.
Bu faciənin təşkilatçısı SSRİ adlanan bir imperiyanın rəhbəri Qorbaçov və onun ətrafındakılar, o cümlədən, Qobaçova arxalanan erməni diasporası idi.
SSRİ-nin mövcudluğunda əsas səbəblərdən biri olmuş, II Dünya müharibəsində qələbəni təmin edən Bakıya qoşun yeridildi, dinc əhali gülləbəran edildi.
Bu faciə nəticəsində yüzlərlə adam qətlə yetirildi, yüzlərlə dinc sakin yaralandı, və itkin düşənlər də oldu.
Xalqın qanına susamış cəlladlar yaralılara köməyə gələn tibb işçilərini, hətta az yaşlı uşaqları da qətlə yetirdilər.
Azərbaycan xalqının inandığı, öz taleyini tapşırdığı sovet ordusu həmin gecə xalqımıza qənim kəsildi.
Bakıda, Bakı-Quba, Bakı-Astara yolunda dinc insanlar qətlə yetirildi, dinc əhaliyə məxsus minik maşınları tırtılların altında qaldı və “sülhün müdafiəçisi” kimi qələmə verilən əsgərlər görünməmiş vəhşiliklər törətdilər.
Tam oxu
Xəbəri oxu