Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. "Güllə səsi eşidəndə, tank, əsgər görəndə eyni dəhşəti təkrar yaşayırdım.
Uzun müddət bu faciənin təsiri altında qaldım, çox əziyyət çəkdim".
Bunu Oxu.Az-a açıqlamasında 20 Yanvar faciəsinin şahidi Fəridə Muradova deyib. O, tariximizin qanlı səhifəsi barədə xatirələrini bölüşüb.
F.Muradova deyir ki, həmin vaxt o, həyat yoldaşı, bir yaş yarımlıq oğlu və anasıgillə şəhərin mərkəzində - "Axundov" bağı yaxınlığındakı evlərində yaşayırmışlar.
O, həmin gecəni belə xatırlayır: "1990-cı ildə 20 Yanvar hadisələrindən əvvəl telestudiyanın blokunu partlatdılar.
Buna görə nə baş verir, nə olacaq, - xəbərsiz idik. Lakin eşitdik ki, camaat indiki Prezident Administrasiyasının binasının qarşısına yığışı
Biz də dedik, gedək görək nə baş verir. Təxminən, saat 22:00 idi. Uşağı da gəzməyə çıxarıb, getdik oraya.
Filarmoniyanın qarşısında çox sayda adam var idi. Bir kişi bizə yaxınlaşıb soruşdu ki, uşaqla buraya niyə gəlmişik?