Icma.az bildirir, Oxu.az portalına istinadən. "1990-cı ilin 20 yanvar günü çalışdığım Kürdəmir rayon xəstəxanasının təcili yardım şöbəsindən
Paytaxta çatanda artıq qırğın başlamışdı, hadisələrin necə baş verdiyi gördüm".
Bu sözləri Oxu.Az-a açıqlamasında 20 Yanvar hadisələrinin şahidi, Birinci Qarabağ müharibəsi veteranı Əsgər Əliyev deyib.
O bildirib ki, rayondan gətirdiyi xəstəni "Semaşko" adlanan xəstəxanaya (indiki Kliniki Tibbi Mərkəzə - red.) çatdırandan sonra təcili yardım maşını ilə şəhərə dönərək, qırğında yaralananların daşınmasına kömək edib: "Şəhərdə xəstəxanaya çatdırmaq üçün yaralılardan birini götürdük.
Lakin mənə dedilər ki, maşını "Salyan kazarması"nın həyətində saxlayım. Çünki tankları məhz təcili yardım maşınlarının üzərinə sürürdülər.
Çox dəhşətli gün idi". "1992-93-cü illərdə isə Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşam. Döyüşlərdə iki dəfə yaralanmışam.
Allah bütün şəhidlərimizə rəhmət eləsin" - deyə, Ə.Əliyev qeyd edib.
Mərahim Nəsib Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.