20 Yanvar gecəsinin ifşa olunan planı: Meyitlər dənizə atılacaqdı... bunun qarşısını kimlə…
Icma.az, Moderator.az portalına istinadən məlumat verir. Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 36 il keçir.
Bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub. Xalq Şəhidlər Xiyabanına axışır və faciə qurbanlarını yad edir.
Həmin günün şahidlərindən biri də Dövlət Dəniz Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin direktoru Məzahir Niftiyevdir.Moderator.az xəbər verir ki o, bununla bağlı Musavat.com-a danışıb.
M. Niftiyev bildirib ki, 1990-cı ildə platformalara təchizat aparan gəminin kapitanı olub.
O bildirib ki, yanvarın 19-dan 20-nə keçən gecə yenə də dənizdə olublar və təchizatı “Bahar” yatağına təhvil verib limana geri qayıdırmışlar:“Biz geri qayıdanda qəfildən televiziyanın yayımı dayandı.
Düşündük ki, bizim televizorun texniki problemi yaranıb. Buna görə də antenanı yoxlamaq üçün çölə çıxdıq.
Bu zaman gəmidən gördük ki, Bakının üzərindən sayrışan güllələr uçuşur.
Biz Bakıda gərginliyin olduğunu bilirdik, lakin belə bir faciənin baş verməsindən xəbərimiz yox idi.
Tam oxu
Xəbəri oxu