Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. 20 Yanvar faciəsi xalqımıza qarşı əvvəlcədən hazırlanmış bir cinayət idi.
Totalitar Sovet rejimi tərəfindən xalqımıza qarşı törədilən bu qanlı cinayətin əsas məqsədi xalqımızın azadlıq ruhunu sındırmaq, xalqımzın gözünü qorxutmaq, milli azadlıq, müstəqillik əzmini qırmaq idi.
Redaktor.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, lakin məlum olduğu kimi, Sovet rejimi nəinki bu çirkin məqsədinə çata bilmədi, əksinə, xalqımızın mübarizə əzmini daha da gücləndirdi, rejimə qarşı nifrəti daha da artırdı: “20 Yanvar hadisələri nəticəsində Sovet imperiyası Azərbaycanda özünün bütün siyasi və hüquqi dayaqlarını itirdi.
Qəhrəman oğul və qızlarımız əliyalın tankların qarşısına çıxaraq, böyük qəhrəmanlıq nümayiş etdirdilər və ölkəmizin azadlığı uğrunda canlarından keçdirlər.
20 Yanvar faciəsi xalqımızın milli şüuruna kədərli, eyni zamanda, XX əsr Azərbaycan tarixinin dönüş əhəmiyyətli hadisəsi kimi daxil oldu.
Qanlı yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına mühüm təsir göstərdi və faciədən sonra milli azadlıq hərəkatı tam siyasi məcraya keçdi, xalqımız öz gələcəyini yalnız müstəqil Azərbaycanın qurulmasında gördü”.
Deputat bildirib ki, bu hadisə, eyni zamanda, totalitar rejimin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi: “Bu qanlı hadisə nəinki Azərbaycan, ümumiyyətlə, bəşər tarixinə qara hərflərlə yazılan bir günə, qara ləkəyə çevrildi.