“20 Yanvar” metrostansiyası istiqamətində nəqliyyatın sıxlığının səbəbi açıqlanıb

31.01.2025

Icma.az, Report.az saytına istinadən bildirir.

Bakının Yasamal rayonunda nəqliyyat sıxlığının səbəbi açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Məlumata görə, Moskva prospekti, tunelə giriş hissədə texniki nasaz bir neçə yük avtomobili yolda qalıb. Bu səbəbdən metronun “20 Yanvar” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Sıxlığın aradan qaldırılması məqsədilə tədbirlər görülür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью