“20 Yanvar” metrosunun çıxışında faciə 41 yaşlı kişi öldü

26.11.2026

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paytaxtın Yasamal rayonu ərazisində - metronun "20 Yanvar" stansiyasının çıxışında piyada qəfil ölüb.

Milli.Az xəbər verir ki, hadisə noyabrın 25-i saat 13 radələrində Müzəffər Həsənov küçəsi 12-nin qarşısında baş verib.

Bakı şəhər sakini 1975-ci il təvəllüdlü İsmayıl Mikayılzadə qəfil yıxılıb. Onun öldüyü məlum olub. İlkin məlumata görə, İ.Mikayılzadə ürək çatışmazlığından vəfat edib.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью