Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Sabunçu rayonunda 20 Yanvar faciəsində şəhid olanların əziz xatirəsi ehtiramla yad edilib.
“Qafqazinfo” xəbər verir ki, faciənin 36-cı ildönümü ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavini, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları və rayon ictimaiyyətinin digər nümayəndələrinin iştirakı ilə ilk öncə Bakıxanov qəsəbəsindəki Şəhidlər xiyabanını ziyarət edilib.
Sonra isə Rayon İcra Hakimiyyətinin kollektivi Yasamal rayonunda yerləşən Şəhidlər Xiyabanını ziyarət edib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzüblər.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.