20 Yanvar və Qərbin ikiüzlü siyasəti | Icma.az
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı Sovet ordusu tərəfindən faktiki olaraq
Tanklar şəhərə yeridildi, dinc əhali atəşə tutuldu. Müxtəlif mənbələrə görə 131–170 nəfər öldürüldü, 700–800 nəfər yaralandı.
Bu, dağılmaqda olan sovet imperiyasının törətdiyi ən ağır cinayətlərdən biri idi.Bakıda o gecə təkcə insanlar öldürülmədi — sükut da silaha çevrildi.
Onlarla küçə, yüzlərlə ailə, bir xalqın taleyi dəyişdi. Qurbanların sayı yüzlərlə ölçüldü, amma itkilərin miqyası rəqəmlərdən böyük idi: ill
Bir il sonra Vilnüs və Riqa hadisələri baş verəndə isə dil birdən dəyişdi: “insan haqları”, “demokratiyaya hücum”, “zorakılıq”.
Eyni imperiya, eyni ordu, eyni metod — amma tam fərqli reaksiya.Qərb mediası Bakıda baş verənləri əsasən qısa xəbərlər səviyyəsində təqdim etdi, hadisəni “sabitliyin bərpası”, “etnik gərginlik”, “mərkəzin nəzarəti itirməsi” kimi çərçivələrə saldı.
Sovet rəhbərliyinin izahları geniş yer aldı, qurbanların səsi isə demək olar ki, eşidilmədi.
The Washington Post kimi nüfuzlu nəşrlər Bakıya qoşun yeridilməsini xəbər versə də, bunu açıq qırğın kimi deyil, siyasi böhran kontekstində təqdim etdi.Bir il sonra mənzərə kəskin dəyişdi.1991-ci ilin 11–13 yanvarında Litvanın paytaxtı Vilnüsdə Sovet ordusunun hücumu nəticəsində 15 nəfər öldürüldü, 702 nəfər yaralandı.
Tam oxu
Xəbəri oxu