20 Yanvarda taksi sürücüləri kameradan yayınmaq üçün görün hansı üsula əl atıb VİDEO

21.07.2026

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

20 Yanvar dairəsində taksi sürücülərinin etdiyi qayda pozuntusu sosial şəbəkədə qınağa səbəb olub.

Avtosfer.az xəbər verir ki, görüntü paytaxtın Həsən bəy Zərdabi küçəsinin girişində qeydə alınıb. Belə ki, bəzi taksi sürücüləri dayanma-durma qaydasını pozduğuna görə cərimədən yayınmaq üçün yeni üsula əl atıblar. Onlar avtomobillərini bir-birinin arxasına çox yaxın şəkildə park edərək dövlət qeydiyyat nişanlarının kameralar tərəfindən görünməsinə mane olurlar. Nəticədə nəzarət kameraları qayda pozuntusunu qeydə almaqda çətinlik çəkir.

Sözügedən videonu təqdim edirik.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью