20 Yanvardan 6 gün sonra Lənkəranda… | Icma.az
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Haftonu meşəsində sovet hərbçiləri ilə qanlı atışma Çağdaş tariximizin qürur, qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 36 il ötür.
O ağır, müdhiş şənbə gecəsi xalqımızın qan yaddaşına əbədi həkk olunub.
Sovet hərbçiləri Bakıdan 6 gün sonra Lənkəran ərazisində də ağır qırğın törətmişdilər.
Əvvəlcə qeyd edək ki, Azərbaycan paytaxtındakı dinc əhaliyə qarşı kütləvi qırğınlarda lənkəranlılardan Telman Bağırov, Mircamal Əbülfətov, Asif Əsədullayev, Azad Mirzəyev və Əflatun Kazımov şəhidlik zirvəsinə ucalıb.
Hər biri ailənin çırağı, bir elin dayağı idi. Telmanın cəmi 30 yaşı vardı.
Liman şəhərində dünyaya göz açmışdı, 4 bacının yeganə qardaşı idi. Bakı şəhərində mühafizə polisində işləyirdi.
Şuşanın Malıbəyli kəndindən növbəti xidmətdən qayıtmışdı. 20 Yanvar gecəsi vəhşicəsinə qətlə yetirilərək şəhid oldu.
Tam oxu
Xəbəri oxu