Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vətən müharibəsi həm də 20 Yanvar qırğınlarını törədənlərə qarşı bir savaş idi.
90-cı illərdə millətimizin azadlıq arzularını boğmağa çalışan Mixail Qorbaçov və sovet rəhbərliyi Bakıya qoşun yeridərək, əslində Qarabağın işğalına yolu paytaxtdan açmaq istəyirdilər.
Lakin imperiyaya ən böyük zərbə və 20 yanvarı həyata keçirənlərə ədalətli cəza aktı Şuşa Zəfərinin qazanılması oldu.İndi 20 Yanvar şəhidləri Vətən müharibəsinin qəhrəmanları ilə eyni sırada, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən bütün şəhidlərin cərgəsində şərəfli yer tuturlar.
Ulu öndərin Moskvadan xalqımıza dönüşü ən Böyük Qayıdış hadisəsi kimi tariximizə düşdü.
Heydər Əliyev siyasi xəttinin bütövləşməsi ilə torpaq və siyasi suverenliyin tamamlanması arasında canlı, ruhi, mənəvi və hərbi vəhdət var.İlham Əliyevin qalib Azərbaycanı 20 yanvar hadisələri ilə başlayan tariximizin Xocalı və işğallarla davam edən silsiləsinə son qoyaraq, yeni qalib Yüz ili-Zəfər təqvimini yaşayan bir dövlətin qurulması deməkdir.
Millətimizi məğlub və faciə kimliyindən çıxaran lider tariximizdə hər zaman Zaman Komandanı kimi yaşayacaqdır.
Zahid Oruc, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.