20 yaşlı futbolçu motosikletlə inəyə çırpılaraq vəfat etdi | Icma.az
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Braziliyanın “Piaui” gənclər komandasında çıxış edən iyirmi yaşlı futbolçu Antoni İlano vəfat edib.
QOL.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. Sözügedən oyunçu Braziliyada avtomobil qəzasında dünyasını dəyişib.
İdmançı oktyabrın 20-də səhər tezdən atasının ad günündən evə gedərkən yolun hərəkət hissəsində inəyə çırpılıb.
İlano hadisə yerində vəfat edib. Bildirilib ki, qəza bağlı araşdırma aparılır.
Braziliya klubları futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu