20 yaxın futbolçu meydançada həbs olundu VİDEO

31.08.2025

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın Samara vilayətində hüquq-mühafizə orqanları "Team Young" adlı həvəskar futbol komandasında çıxış edən təxminən 20 futbolçunu saxlayıblar.

Lent.az yerli mediaya istinadla bildirir ki, onların saxlanılmasına səbəb futbolçuların rəqiblərə və tamaşaçılara mütəmadi hücum etməsi, habelə hamını milli mənsubiyyətə görə təhqir etmələri olub. Futbolçuların əksəriyyətinin qeyri-qanuni miqrantlar olduğu müəyyən edilib. Onlara həmvətənlərdən ibarət azarkeşlər də dəstək veriblər. Həmin azarkeşlər "Team Young"un oyunlarına gələrək münaqişələrdə iştirak ediblər.

Saxlanma zamanı narkotik təsiri altında olan şəxslər də aşkarlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью