200, 70, 70

12.11.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının IX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

06.11.2026-cı il tarixində Əvəzedicilər Liqasında IX turun “Neftçi-2”– “Turan Tovuz-2” oyunu Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən gec başladığına görə “Neftçi-2” komandası 200 manat cərimə edilsin (maddə 57.2);

06.11.2026-cı il tarixində Əvəzedicilər Liqasında IX turun “Neftçi-2”– “Turan Tovuz-2” oyununda “Turan Tovuz-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

07.11.2026-cı il tarixində Əvəzedicilər Liqasında IX turun “İmişli-2”– “Şamaxı-2” oyununda “Şamaxı-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью