200 balıqçı buz kütləsinin üzərində köməksiz qaldı

28.02.2025

Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb.
Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin (FHN) “Telegram” kanalında bildirilib.
Hazırda FHN-in Saxalin vilayətindəki əməkdaşları balıqçıları xilas etməyə çalışırlar. Buz kütləsi Lesnoye kəndi yaxınlığında sahildən 700 metr aralıdadır. Xilaetmə əməliyyatına 11 nəfər, 6 texnika, o cümlədən “Xivus” hava gəmisi cəlb olunub. O cümlədən, “Mi-8” helikopteri hazır vəziyyətə gətirilib.


Zərintac Mayisqızı
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью