200 cü oyun, 50 ci heç heçə

25.02.2025

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli premyer-liqasının 24-cü turu “Sabah” üçün ikiqat əlamətdar olub.

"Football-plus.az" PFL-in saytına istinadən xəbər verir ki, Bakı klubu ölkə çempionatında 200-cü oyununa çıxıb. Paytaxt təmsilçisi həm də 50-ci heç-heçəsini edib. “Sabah” “Qarabağ”la 1:1 hesablı bərabərliyə nail olub. Paytaxt təmsilçisi 27 dəfə evdə, 23 dəfə səfərdə bir xal qazanıb.
“Sabah” qalan qarşılaşmalarda 80 qələbə qazanıb, 70 dəfə uduzub. İlk görüşünü 2018-ci il avqustun 12-də “Şamaxı”ya qarşı keçirən (1:0) “bayquşlar” ilk heç-heçəsinə sentyabrın 22-də “Səbail”lə matçda nail olub – 0:0.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью