Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyəli fenomen Pınar Özkurteller etdirdiyi plastik əməliyyatların sayını açıqlayıb.
Axşam.az xəbər verir ki, təkcə üzündə 60-dan çox plastik əməliyyat etdirdiyini deyib. O bildirib ki, hələ qarşıda plastik əməliyyatla bağlı çox planları var:
"Hələ kosmetoloji toxunuşları demirəm. Qarşıda planlaşdırdığım plastik əməliyyatlar var: burnumu düzəltdirib, gözümü dartdıracağam. Burnumu 8 dəfə əməliyyat etdirmişəm, amma bəyənmirəm. Süd vəzilərimin tikiş yeri partladı, yenidən etdirdim. Sonra qabırğamı aldırdım və ombamı düzəltdirdim. Dodağıma bəlkə yüz dəfə dolğu etdirmişəm. Alma sümüyü dediyimiz yanaq dolğusu 50-dən çox olub. Fransız dartdırması, sap dartdırma ən az 5 dəfə etdirdim. Üzümə daha nə qədər prosedurlar etdirmişəm. Qaşımı qaldırtdım, göz qapağımı kəsdirdim. Sonra dedim ki, üzüm dincəlsin, keçdim bədənimə. Neçə dəfə süd vəzi implantı etdirdim. Üzümdə 100-150-yə yaxın prosedur var. Üst-üst gəlsəm 200-dən çox estetiyim var. Bədənimdə bəyənmədiyim çox şey var, düzəltdirəcəyəm. Bunlar bəs etmir. Nəyi bəyənmirəmsə, yenə düzəltdirəcəyəm".