200 ildə yazılmayan tarixi: Prezident Xalq Ordu birliyi yazdı

05.11.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan xalqının çoxəsrlik tarixində elə səhifələr var ki, onları zaman belə silə bilməz. 200 il ərzində yazılmayan, xalqımızın qəlbində yaşayan Zəfər tarixini Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu öz qanı, canı, igidliyi və qəhrəmanlığı ilə yazdı!

Bu Zəfər yalnız hərbi qələbə deyil, milli iradəmizin, dövlətçilik əzmimizin, xalq-ordu birliyimizin və Vətən sevgimizin təntənəsidir. Azərbaycan əsgəri öz qəhrəmanlığı ilə tarix yazdı, şəhidlərimiz canları ilə bu tarixin ən şərəfli səhifələrini qanları ilə möhürlədilər, qazilərimiz isə bu Zəfərin canlı salnaməsinə çevrildilər.

Həmin tarixi günlərdə Azərbaycan xalqı bir amal, bir məqsəd, bir yumruq ətrafında birləşdi. Cənab Prezident İlham Əliyevin ətrafında formalaşan milli birlik bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı öz dövlətinə, öz Ordusuna və öz Vətəninə bağlıdır.

“Dəmir yumruq” xalqımızın birliyinin, dövlətimizin gücünün və milli həmrəyliyimizin rəmzinə çevrildi. Bu birlik, həmrəylik və dövlətçilik ruhu yalnız dünənin deyil, bu günün və gələcəyin də əsas dayağı olmalıdır. Çünki güclü Azərbaycan güclü dövlət, güclü dövlət isə birliyini qoruyan xalq deməkdir.
Azərbaycan xalqının şəhidlərimizin əziz xatirəsinə, qazilərimizin fədakarlığına, Ordumuzun qəhrəmanlığına və dövlətimizin tarixində baş vermiş bu mühüm hadisələrə minnətdarlığı əbədidir.

Yaşasın Azərbaycan xalqının birliyi!
Yaşasın rəşadətli Azərbaycan Ordusu!
Yaşasın müstəqil və qüdrətli Azərbaycan!
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!

Çingiz Dadaşov,
Demokratik İnkişafın Təşviqi İctimai Birliyinin sədri, ehtiyatda olan zabit 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью