Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
“Atletiko” bu yay fəal transfer əməliyyatları aparmağa hazırlaşır.
“Marca”nın məlumatına görə, Madrid klubu heyətini ciddi şəkildə gücləndirməyi planlaşdırır. Klub rəhbərliyi yeni oyunçular üçün təxminən 200 milyon avro ayırıb. Maraqlıdır ki, söhbət konkret olaraq hazırkı heyətdən oyunçuların mümkün satışlarından asılı olmayan transfer xərclərindən gedir - “Atletiko” kimin komandadan getməsindən asılı olmayaraq, böyük sərmayə qoymağa hazırdı.
Xatırladaq ki, paytaxt komandası ötən mövsüm 76 xal toplayaraq İspaniya çempionatını 3-cü pillədə başa vurub.